Bakı. Trend:
Sabirabad rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Cavad kəndində ümumi sahəsi 85 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının qamışdan ibarət arakəsmə divarı 5 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.