...

Abşeronda təbiətə 1.860 manat məbləğində ziyan vurulub

Hadisə Materials 15 Noyabr 2021 16:13 (UTC +04:00)
Abşeronda təbiətə 1.860 manat məbləğində ziyan vurulub

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində ağac və kol bitkilərinin kəsilərək məhv edilməsi barədə ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb

Abşeron Rayon Prokurorluğundan Trend-ə bildirilib ki, araşdırma ila müəyyən edilib ki,qeyd edilən ərazidə 6 ədəd ayland ağacı və 2 ədəd lüqustr kolu kökboğazından kəsilərək məhv edilmiş və nəticədə təbiətə 1.860 manat məbləğində ziyanın dəyib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti