...

Rusiya sülhməramlılarının maşını erməni sürücünün avtomobili ilə toqquşub, ölənlər var (FOTO)

Hadisə Materials 12 Avqust 2022 14:36 (UTC +04:00)
Rusiya sülhməramlılarının maşını erməni sürücünün avtomobili ilə toqquşub,  ölənlər var (FOTO)

Bakı. Trend:

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı avtomobil erməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Trend erməni KİV-lərinə istinadən bildirir ki, hadisə Xankəndi şəhəri yaxınlığında baş verib.

Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.

Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti