...

Azərbaycan sərhədini pozmağa cəhd edən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb (FOTO)

Hadisə Materials 6 Aprel 2023 10:42 (UTC +04:00)
Azərbaycan sərhədini pozmağa cəhd edən Nepal və Şri-Lanka vətəndaşları saxlanılıb (FOTO)

Bakı. Trend:

İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısı alınıb. Eyni zamanda dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşalrı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, aprel ayının 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Aprel ayının 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Nepal və 2 nəfər Şri-Lanka vətəndaşları saxlanılıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti