...

Qazaxıstanda hosteldə yanğın olub, ölənlər var

Hadisə Materials 30 Noyabr 2023 07:03 (UTC +04:00)
Qazaxıstanda hosteldə yanğın olub, ölənlər var
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində hostelə çevrilən yerdə yanğın baş verib.

Trend-in məlumatına görə, bu barədə şəhərin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.

Yanğın nəticəsində 13 nəfərin öldüyü bildirilib.

Məlumata əsasən, yanğının sahəsi təxminən 30 kvadratmetr olub və yanğın yerli vaxtla saat 06:22-də söndürülüb.

İlkin məlumata görə, 13 nəfər dəm qazından zəhərlənərək ölüb. Almatı ictimai səhiyyə departamentinin mətbuat xidməti qeyd edib ki, xəsarət alan iki nəfər xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti