...

Bakıda 45 yaşlı kişi bıçaqlanıb, bir nəfər saxlanılıb

Hadisə Materials 3 Dekabr 2023 09:26 (UTC +04:00)
Bakıda 45 yaşlı kişi bıçaqlanıb, bir nəfər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həsən Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti