...

Şəkidə 3 otaqlı evdə yanğın: xəsarət alan var

Hadisə Materials 8 Yanvar 2024 17:27 (UTC +04:00)
Şəkidə 3 otaqlı evdə yanğın: xəsarət alan var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə 3 otaqlı evdə yanğın baş verib.

FHN-dən Trend-ə verilən xəbərə görə, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə, aynabəndin tavanı 3 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti