...

Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var (FOTO/VİDEO)

Hadisə Materials 26 İyun 2024 17:03 (UTC +04:00)
Ağcabədidə ağır qəza - Ölən və yaralananlar var (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə minik avtomobilində olan qadın sərnişin hadisə yerində həyatını itirib. Qəza zamanı hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və yaralanan şəxslərin şəxsiyyətləri hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti