...

Ağdamda 21 yaşlı gənci elektrik cərəyan vurub

Hadisə Materials 8 Fevral 2025 19:54 (UTC +04:00)
Ağdamda 21 yaşlı gənci elektrik cərəyan vurub
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağdam. Trend:

Ağdamda 21 yaşlı gəncin elektrik cərəyanı vurması nəticəsində hər iki qolu yanıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Kəlbəhüseynli kəndində baş verib.

Rayon sakini 2004-cü il təvəllüdlü Alışov Tacəddin Məhiyyədin oglu elektrik xəttində təmir işi apararkən elektrik xəttində yaranan qısaqapanmadan onun hər iki qolu yanıb. T.Alışov ağır dərəcəli yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, T.Alışovun yanıq xəsarəti ağır olduğundan ona ilkin yardım göstərilib paytaxt xəstəxanalarından birinə göndərilməsi işləri görülür.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti