...

Ağdam rayonunda ailə münaqişə zəmnində bıçaqlama hadisəsi baş verib

Hadisə Materials 14 May 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Ağdam rayonunun Mahrızlı kənd sakini. 22 yaşlı Cəmaləddin Gərayov bu gün həmkəndlisi Elşən Həsənovu ailə münaqişəsi zəmnində bıçaqlayıb. Həsənov başından və bədəninin müxtəlif hissələrindən dörd bıçaq yarası ilə Ağdam rayon Quzanlı kənd xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildiriblər ki, zərərçəkənin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi açılıb.

Azərbaycanın Ağdam rayonu paytaxt Bakıdan 380 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti