Azərbaycan, Xaçmaz/ Trend , müxbir A. Qafarov/ Xaçmaz şəhərində qətl hadisəsi baş verib. Xaçmaz şəhərinin İzmaylovka adlanan ərazisində Gülüstan küçəsi 25 ünvanında kirayədə yaşayan 28 yaşlı Nemət Abdullayev gecə saat 2 radələrində onların mənzilinə daxil olan Səttar Ramazanovu bıçaqla qətlə yetirib. Abdullayev mətbəx bıçağı ilə Ramazanova 5 bıçaq zərbəsi yetirib. Ramazanov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Abdullayev istintaqa ilkin ifadəsində Ramazanovun maskalı olduğunu və qətli özünü müdafiə məqsədi ilə törətdiyini deyib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.