...

Sloveniyadan alınacaq texnika Azərbaycan ərazilərini minalardan təmizləyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Aprel 2008 13:13 (UTC +04:00)
Sloveniyadan alınacaq texnika Azərbaycan ərazilərini minalardan təmizləyəcək

Avstriya, Vyana, 18 aprel / Trend , müxbir A.Ələsgərov/ Sloveniyanın "WAY Industry" şirkəti Azərbaycana "Bozena 5" tipli məsafədən idarə olunan minatəmizləyən maşın tədarük edəcək. Bu barədə Azərbaycanın Sloveniyadakı səfiri Fuad İsmayılov telefonla məlumat verib.

"Cümə axşamı Bratislavada Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru (ANAMA) Nazim İsmayılov ilə şirkət nümayəndələri arasında avadanlığın alınmasına dair müqavilə imzalanıb", F.İsmayılov bildirib.

"WAY Industry"nin verdiyi məlumata görə, həmin texnika Azərbaycana yaxın günlərdə tədarük olunacaq.

ANAMA 1998-ci ildə Azərbaycan ərazilərini minadan təmizləmək məqsədilə yaradılıb. 2008-ci il mart ayı üçün Agentlik respublikanın 65 mln. kvadrat metr radius ərazisini minalardan təmizləyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti