...

Ermənistan SQ-nin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 İyun 2009 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 iyun/ Trend , U.Sadıxova/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 25-də saat 13.00-dan  13:10-dək Tərtər rayonunun Göyarx kəndi ərazisindən, saat 15:10-dan 15:30-dək və 19:30-dan 20:00-dək Goranboy rayonunun Gülüstan kəndi ərazisindəki adsız yüksəkliklərindən yerləşən mövqelərdən, iyunun 26-da saat 01:30-dan 01:45-dək Xocavənd rayonunun Kurapatkina kəndi yaxınlığındakı ərazilərdən  Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti