...

Dağlıq Qarabağ: qəti addımlar üçün əsl vaxtdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Fevral 2011 09:00 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun növbəti səfəri başa çatıb. Yeni ildə ilk olan səfər vasitəçilərin sözlərinə görə, 2011-ci il üçün fəaliyyət proqramını müəyyənləşdirmək xarakteri daşıyıb.
Dağlıq Qarabağ: qəti addımlar üçün əsl vaxtdır

Elmira Tariverdiyeva, Trend-in Avropa redaksiyasının icmalçısı

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun növbəti səfəri başa çatıb. Yeni ildə ilk olan səfər vasitəçilərin sözlərinə görə, 2011-ci il üçün fəaliyyət proqramını müəyyənləşdirmək xarakteri daşıyıb.

Həmsədrlər Yerevanda Ermənistan prezidenti, xarici işlər və müdafiə nazirləri ilə görüşdən sonra Bakıya gələn zaman danışıqları şərh etməkdən imtina edərək, konkret heç nə deməyiblər. Fransalı həmsədr Bernar Fasye yalnız onu bəyan edib ki, Minsk qrupu münaqişənin sülh yolu ilə nizamlanmasının "baza prinsipləri"nin bəyənilməsinə nail olmaq üçün indiki səylərin irəliləməsinin üzərində dayanır.

ATƏT-in Minsk qrupu səfər başa çatdıqdan sonra özünün ənənəvi bəyanatını yayaraq, tərəfləri ərazi mübahisəsinin sülh yolu ilə həll edilməsinə çağırıb.

Bu, son vaxtlar Dağlıq Qarabağ ətrafında baş verən hadisələr olmasaydı, o qədər də əhəmiyyətli olmazdı.

Həmsədrlərin bəyanatında nəhayət ki, müəyyən konkretlik özünü biruzə verib. Onların fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh naminə həlledici addımların atılmasının vaxtı çatıb.

Ola bilsin, ATƏT-in Minsk qrupunun bu bəyanat üçün real əsasları var. Dekabrda Astana sammitində məyus olduqdan sonra Dağlıq Qarabağ münaqişəsinin tərəfləri və vasitəçilər danışıqların templərini azaltmayaraq, həllin axtarışı üzrə işi davam etdirdilər.

Yanvarın 25-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun danışqıları keçirilib.

Bundan başqa, cümə axşamı Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Ənvər Əzimovun bildirdiyinə görə, Hazırda Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin intensiv məsləhətləşmələri davam edir. Belə görüşlərin tez-tez keçirilməsi bu formatda aparılan işin ciddiliyini və tərəflərin konkret praktiki nəticələrə doğru istiqamətlənmiş olduğunu sübut edir.

"Bununla da ölkələrimizin prezidentlərinin yeni sammitinin keçirilməsi üçün lazımi əsas hazırlanır", - Əzimov Vyanada ATƏT-in Daimi Şurasının iclasında bildirib.

Yaxın vaxtlarda Aİ-nin Dağlıq Qarabağ ətrafında danışıqlar prosesinə cəlb ediləcəyini də gözləmək olar.

Vyanada ATƏT-in Daimi Şurasının iclasında Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi qeyd edib ki, Cənubi Qafqaz regionunda münaqişələrin həll olunmaması regionun sabitliyi üçün əsas təhlükə mənbəyi olaraq qalır və o, bəyan edib ki, Aİ-nin Cənubi Qafqaza cəlb edilməsi görünən, hiss edilən və davamlı olmalıdır. 

Vaitəçilərin həqiqətən də Dağlıq Qarabağ nizamlanması məsələsindəki status-kvonun bütün regionda sabitliyi təhdid etdiyini və bunun da xarici oyunçulara təsir etdiyini düşünmələrinin vaxtı çatıb. Regionda gərginlik hissolunacaq dərəcədə artır ki, bu da hər iki tərəfin mülahizələri ilə möhkəmlənir. Gah Dağlıq Qarabağın müstəqilliyini tanıyacağını, gah Azərbaycan tərəfindən növbəti "erməni soyqırımın"ın tanınmasına çağırışlar edən, gah da Cənubi Sudandakı referendum nümuməsi ilə alver edən erməni tərəfinin təxribatçı hərəkətləri fonunda öz torpaqlarının işğalının uzanmasına görə Azərbaycanın səbri tükənir.

Həmsədrlərlə görüşdə müdafiə naziri Səfər Əbiyev bəyan edib ki, torpaqların işğaldan azad edilməsi üçün Azərbaycan ciddi hazırlıqlar görür.

Bununla yanaşı sülh danışıqlarında irəliləyişə nail olacağına uzun müddət ümid edən Bakı bu gün də beynəlxalq birliyə bel bağlayır və Azərbaycanın yeddi rayonunun işğaldan azad olunması üçün Yerevana birbaşa təzyiqlərin artırılmasını tələb edir. Əks halda Azərbaycanda münaqişənin tezliklə həll olunmasını zəruriliyi haqqında danışıqlarda səmərə görmürlər.

Bundan başqa, ATƏT MQ həmsədrlərinin səfəri ərəfəsində tərkibinə ekspert və analitiklərin daxil olduqları Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ münaqişəsi üzrə "Azərbaycan və Ermənistan: müharibənin qarşısının alınması" adlı növbəti məruzəsini dərc edib. Məruzədə qeyd olunur ki, regionda gərginlik qoşunların təmas xəttində toqquşmaların güclənməsi və sülh danışıqlarının pozulması fonunda artır ki, bu da müharibənin bərpa olunması ehtimalının artırır. "Yeni müharibə 1992-1994-cü illər müharibəsindən daha dağıdıcı olacaq", - məruzədə deyilir. Böhran qrupunun ekspertlərni fikrincə, yenidən qızışacağı halda regional münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb oluna bilər, enerji infrastrukturları - region ərazisindən keçən neft və qaz kəmərləri isə təhlükə аltında qalacaq.

Yuxarıda söylənən bütün fikirləri nəzərə alaraq, vasitəçilər anlamaya bilməzlər ki, hazırkı vəziyyətdə Bakının dözümsüzlük nümayiş etdirməyə tam əsası olduğu halda, Ermənistanın bundan sonra da mövcud status-kvonu saxlamaq üçün yeni-yeni mənasız səbəblər taparaq danışıqları uzatmaq hüququ yoxdur.

Xəbər lenti

Xəbər lenti