...

ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada qiymətləndirmə missiyasının hesabatını təqdim etmişlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Mart 2011 23:13 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa, ABŞ və Rusiyadan olan səfirlər Bernar Fasye, Robert Bradke və İqor Popov 23-24 mart Vyanada ATƏT-in baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərinə sahə qiymətləndirmə missiyasının hesabatını təqdim etmişlər.
ATƏT-in Minsk qrupunun həmsədrləri  Vyanada qiymətləndirmə missiyasının hesabatını təqdim etmişlər

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir E.Tariverdiyeva /

ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa, ABŞ və Rusiyadan olan səfirlər Bernar Fasye, Robert Bradkeİqor Popov 23-24 mart Vyanada ATƏT-in baş katibinə Azərbaycanın işğal olunmuş ərazilərinə sahə qiymətləndirmə missiyasının hesabatını təqdim etmişlər.

Bəyanatda deyilir ki, bu ərazilərdə olan ağır reallıq status-kvonun uyğun olmaması və ancaq danışıqlar üzrə sülh nizamlanması bu ərazilərdə yaşamış və hal-hazırda yaşayan insanlara gələcəyi təmin edə bilməsinə dair həmsədrlərin fikirini möhkəmləndirir.

Bəyanatda deyilir ki, Minsk Qrupun Vyana görüşündə ATƏT-in baş katibi Mark Perren de Brişambo iştirak etmişdi.

Bəyanatda deyilir ki, həmsədrlərin məruzəsi perspektivə doğru istiqamətlənib və münaqişənin tərəflərinə bu ərazilərin necə sülhə və inkişafa yardım ola biləcəyini nümayiş edir.
Həmsədrlər Soçi görüşündə əldə olunmüş müsbət impulsuna əsaslanıb, əsas prinsiplərin müzakirəsini davam etdirməsi üçün regiona yaxın zamanda birdə səfər edəcəklər. Onlar həm də tərəflərlə Soçidə atəşkəsin pozulması araşdırmasına dair alınmış vədlərin yerinə yetirilməsi üçün dəqiq vasitələrini işləyəcəklər.

Bəyanatda deyilir ki, həmsədrlər, həm danışıqılarda, həm rəsmi bəyanatlarda təmkinliyin qorunmasının vacibliyini qeyd ediblər, və istənilən güc istifadəsinin və ya təhdidin yolaverilməz sayır, o cümlədən mülki gəmilərə qarşı.Onlar təmas xətti boyunca son zamanlar baş vermiş ölüm hadisələrini qəti pisləyiblər. Həmsədrlər yenidən öz köhnə mövqeyini təsdiqləyiblər və tərəfləri öz əhaləsini müharibəyə yox sülhə hazirlaşdirmasına çağırıblar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti