...

ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazilərin sahə qiymətləndirmə hesabatın xülasəsi dərc olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Mart 2011 01:23 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri 7-12 noyabr 2010-ci il Azərbaycanın yeddi işğal olunmuş ərazisində və yanaşı Dağlıq Qarabağ ərazilərdə ümumi vəziyyətinə qiymətin verilməsi məqsədi ilə sahə qiymətləndirmə missiyasını aparıblar.
ATƏT-in Minsk qrupunun Azərbaycanın işğal olunmuş ərazilərin sahə qiymətləndirmə hesabatın xülasəsi dərc olunub

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir E.Tariverdiyeva /

ATƏT-in Minsk qrupunun həmsədrləri 7-12 noyabr 2010-ci il Azərbaycanın yeddi işğal olunmuş ərazisində və yanaşı Dağlıq Qarabağ ərazilərdə ümumi vəziyyətinə qiymətin verilməsi məqsədi ilə sahə qiymətləndirmə missiyasını aparıblar.

Həmsədrlərə ATƏT-in sədrinin şəxsi nümayəndəsi və maddi-texniki dəstək göstərən onun komandası, BMT-nin Ali Komissarlığın qaçqınlar üzrə idarəsinin iki mütəxəssisi və 2005-ci ildə faktların araşdırması missiyasının bir üzvü qoşulmuşdu.

Xülasədə deyilir ki, bu 2005-ci ildən bəri beynalxalq icmasının bu ərazilərə ilk missiyası və BMT-nin üzvlərin 18 il ərzində ilk səfəri.

Xülasədə deyilir ki, 1000 km-dən çox məsafəni qət edəndən sonra həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin faciəli nəticələrin və sülhün əldə olunmamasının danılmaz sübutların şahidi olublar.
"Münaqişədən əvvəl mövcud olan şəhərlər və kəndlər tərk və viran ediliblər. Kəlbəcər və Laçın rayonlarda yerləşən şəhərciklərdə və yaşayış məntəqələrdə 14 000-ə yaxın adam yaşayır, halbuki bu barədə dəqiq məlumat yoxdur." - xülasədə deyilib.

Həmsədrlərin qiymətinə görə 2005-ci ildən işğal olunmuş ərazilərdə əhalinin artım müşahidə olunmur. Etnik ermənilərdən təşkil olunmuş əhali Azərbaycanın başqa rayonlarından bura köçürülmüşdür. Onlar çox ağır şəraitdə yaşayır, inkişaf olunmamış iqtisadiyyat və infrastrukturla. Çoxunun şəxsiyyəti təsdiq edən sənəd yoxdur. İnzibati məqsədlər üçün yeddi ərazi, keçmiş Dağlıq Qarabağ bölgəsi və başqa bölgələr yeni səkkiz rayonuna daxil olunmuşdu.

Bu ərazilərdə olan ağır reallıq status-kvonun uyğun olmaması və ancaq sülh nizamlanması adına dinc danışıqlar yolu ilə münaqişənin həll olunmasında perspektivlərin əldə olunmasına dair həmsədrlərin fikirini möhkəmləndirib.

Həmsədrlər münaqişənin son nizamlanmasını təhlükə altında qoymamaq üçün tərəflərin liderlərini bu ərazilərdə hərhansı fəaliyyətdən çəkinməsinə çağırıblar. Onlar qəbiristanlıqların qorunmasını və şəxsiyyəti təsdiq edən sənədləri olmayan köçkünlərin statusu müəyyən etçəsini məsləhət ediblər.

Həmsədrlər sonraki missiyaları Dağlıq Qarabağ münaqişəsindən zərar çəkmiş başqa rayonlarda aparmaq niyyətindədilər, və bu missiyalara müvafiq beynalxalq təşkilatlardan dinc nizamlanmasında iştirak edə biləcək mütəxəssislərin daxil etmək fikirindədilər.

ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın təşəbbüsü ilə 2010-ci ilin oktyabrın əvvəlində Azərbaycanın işğal olunmuş ərazilərində olan vəziyyəti ilə tanış olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti