...

Azərbaycan Ordusunun əsgəri şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2011 10:50 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri Fərəcov Fərid Vidadi oğlu şəhid olub.
Azərbaycan Ordusunun əsgəri şəhid olub

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun əsgəri Fərəcov Fərid Vidadi oğlu şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, erməni snayperlərin açdığı atəş nəticəsində əsgər Fərəcov boğaz nahiyyəsindən güllə yarası alıb.

Fərəcov ötən ilin iyul ayında Şuşa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdı.

Mayın 20-də isə düşmənin Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı mövqeyindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun kicik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olmuşdu.

Xəbər lenti

Xəbər lenti