...

İsveç Azərbaycanlılarının konqressi Dağlıq Qarabağ münaqişəsi haqqında İsveç radiosuna müsahibə verdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2011 03:29
İsveç Azərbaycanlılarının konqressi Dağlıq Qarabağ münaqişəsi haqqında İsveç radiosuna müsahibə verdi.
İsveç Azərbaycanlılarının konqressi Dağlıq Qarabağ münaqişəsi haqqında İsveç radiosuna müsahibə verdi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, E. Əliyev/

İsveç Azərbaycanlılarının konqressi çərşənbə günü Dağlıq Qarabağ münaqişəsi haqqında İsveçin İctimai Radiosuna geniş müsahibə verdi.

Bir saat davam edən müsahibəsinin gedişatında Konqressin nümayəndələri Azərbaycanın sülh münaqişənin həllinə köklənməsini və bir sira İsveç KİV-lərinin yaydığı məlumata zidd olaraq, ölkədə ermənilərə qarşı qəsdən etnik təmizləmənin aparılmamasını göstərdilər.

"Statistikaya görə hər hansı diskomfort hiss etmədən Azərbaycanda 30.000 erməni yaşayır. Bundan başqa, erməni ailələr və əsgərlərin könüllü Azərbaycan sərhədini keçməsi halları tez-tez baş verir" - Konqressin nümayəndələri müsahibədə dedilər.

Konqressin sədri Emil Mirzəyev Dağlıq Qarabağ münaqişəsinin məsələsinə toxunaraq Azərbaycanı təcavüzkar və sülh danışıqlarının rəqibi rolunda təsvir edən İsveç KİV-lərinin qeyri-obyektiv və haqsız yanaşması haqqında narazılığını ifadə etdi.

Konqressin başçısı həmçinin Dağlıq Qarabağın sülh əhalisinə qarşı erməni silahlı qüvvələrinin cinayətlərindən xatırlatdı. O həmçinin öz doğma evlərini tərk etməyə məcbur edilmiş 1 milyon qaçqından danışdı.

Konqressin nümayəndələri həmçinin vurğuladılar ki, beynəlxalq cəmiyyət tələblərinə və Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin dörd qətnaməsinin qəbuluna baxmayaraq, Ermənistan əvvəlki kimi Azərbaycan ərazisinin 20% işğal altında qanunsuz saxlayır.

Bundan başqa, söhbətin gedişatında Azərbaycanda başqa dinlərin nümayəndələrini İslama zorla döndərilməsi barədə İsveçdə erməni icmasının yaydığı məlumat təkzib edilmişdi ki.

"Azərbaycan ən tolerant ölkələrdən biridir. Ölkədə pravoslav və katolik kilsələri, sinaqoqlar fəaliyyət göstərir. Bundan başqa, Bakının mərkəzində erməni kilsəsi saxlanılır, lakin bununla bərabər Azərbaycanın işğal edilmiş ərazilərində bütün məscidlər və müsəlman qəbiristanlıqları ermənilər tərəfindən dağıdılmışdır".

Müsahibənin sonunda, Konqressin sədri İsveç KİV-lərini regionda baş verən hadisələrə obyektiv və ədalətli qiymət verməyə çağırdı.

Bir müddət əvvəl, İsveç Azərbaycanlıları Konqresi İsveç İctimai Radiosuna və İsveç Miqrasiya Xidmətinə rəsmi məktub göndərərək Dağlıq Qarabağ münaqişəsi haqqında yalan və saxtalaşdırılmış material haqqında etirazını ifadə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti