...

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya və Yerevana yardımı davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2012 12:50 (UTC +04:00)
ABŞ Minsk qrupu vasitəsilə özünün yüksək səviyyədə iştirakını davam etdirəcək ki, Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində dinc və uzunmüddətli həllin tapılmasında kömək etsin.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində Bakıya və Yerevana yardımı davam etdirəcək

Azərbaycan, Bakı, 11 yanvar / Trend müxbir E.Tariverdiyeva/

ABŞ Minsk qrupu vasitəsilə özünün yüksək səviyyədə iştirakını davam etdirəcək ki, Azərbaycana və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində dinc və uzunmüddətli həllin tapılmasında kömək etsin. Bunu ABŞ-ın dövlət katibinin köməkçisi Filip Qordon yanvarın 11-də Berlindəki Korber Fondunda Transatlantik əməkdaşlığın vəziyyəti haqqında danışarkən bəyan edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

"Mediamaks"ın məlumatına görə, amerikalı diplomat onu da qeyd edib ki, ərazi mübahisələri və gələcək siyasi və iqtisadi islahatların zəruriliyinin stabilliyin əldə olunmasında maneə olaraq qalmasına baxmayaraq, Qafqazda ABŞ, Aİ və digər beynəlxalq tərəfdaşların birgə səyləri irəliləyişə nail olmağa imkan verib.

"Regionun hər yerində demokratik islahatların aparılmasının və insanın təməl azadlıqlarına və hüquqlarına tam hörmət edilməsinin vacibliyində israr edirik", - Qordon deyib.

Xəbər lenti

Xəbər lenti