...

Politoloq: Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində nikbinlik yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2013 13:40 (UTC +04:00)
Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində nikbinlik yaradır.
Politoloq: Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində nikbinlik yaradır

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir E.Mehdiyev /

Ukraynanın ATƏT-də sədrliyə başlaması Dağlıq Qarabağ tənzimlənməsində nikbinlik yaradır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin başlanğıcında ATƏT-in indiki kimi informasiya fəlallığı nümayişi heç vaxt müşahidə olunmayıb. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu çərşənbə axşamı "Qarabağ saatı" mövzusunda keçirdiyi brifinqdə bildirib.

Politoloqun sözlərinə görə, bu fəallıq ABŞ və Avropa İttifaqı tərəfindən dəstəklənir. Ukrayna Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm rol oynaya bilər. "MDB dövləti kimi Ukrayna regiondakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin mənşəyinə çox yaxşı bələddir. Ukrayna Prezidenti Viktor Yanukeviç həm Ermənistan, həm də Azərbaycan prezidentləri ilə olan yaxşı münasibətlərindən münaqişəsinin tənzimlənməsi üçün istifadə edəcəyini bildirib. Ukraynada güclü erməni diasporu mövcuddur və onların Ermənistana güclü təsir mexanizmləri mövcuddur. Ukraynadakı erməni diasporuna isə rəsmi Kiyevin ciddi təsir rıçaqları var", - Əhmədoğlu deyib.

Mərkəz direktorunun firkincə, Ukrayna ATƏT-ə sədrliyini Dağlıq Qarabağ tənzimlənməsində 3 istiqamətə yönəltsə, daha effektli olar. "Birincisi, danışıqlarda aktivliyin artırılması ilə bağlıdır. Belə ki, Ukrayna münaqişənin həllindəki aktivliyini həm də effektli etmək potensialına malikdir", -o, bildirib.

Politoloq hesab edir ki, ATƏT MQ-nin nizamnaməsinin dəyişilməsinə ciddi ehtiyacı var. Konsensus qərarvermə mexanizmi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ən böyük maneçilik törədən mexanizmdir.

"Ona görə də Ukrayna bu mexanizmin "konsensus minus bir" mexanizmi ilə əvəzlənməsinə nail ola bilər. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin də mandatı və nizamnaməsi dəqiq bəlli deyil. Bəlli deyil ki, Kaspşik üçün qoşunların təmas xətti dedikdə Ermənistan Azərbaycan qoşunlarının təmas xətti yoxsa, Dağlıq Qarabağ-Azərbaycan qoşunlarının təmas xətti nəzərdə tutulur. Bütün bu məsələlər müasir reallığa uyğunlaşdırılmalıdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın fəaliyyətinin mühüm istiqamətlərindən biri vasitəçilik missiyasının özünün institusional dəyişikliyidir. Bundan əlavə, ATƏT MQ-nin tərkibinin dəyişilməsi zəruridir. "ATƏT MQ yaranarkən Çexoslovakiya adlı dövlət olduğu halda, indi belə dövlət mövcud deyil. Bəzi dövlətlər Minsk Qrupunun işində iştiraka maraq göstərmirlər", - Əhmədoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti