...

Azərbaycanın mülki şəxsləri erməni silahlıları tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Avqust 2013 15:22 (UTC +04:00)
"QAZel" markalı yük avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Azərbaycanın mülki şəxsləri erməni silahlıları tərəfindən atəşə tutulub

Azərbaycan, Bakı, 2 avqust /Trend/

"QAZel" markalı yük avtomaşını Qazax-Quşçu Ayrım avtomobil yolunun Abbasbəyli kəndi ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Trend Türkel TV-yə istinadən bildirir ki, hadisə ötən gün saat 16:00 radələrində baş verib. Hadisə zamanı sürücü xəsarət almasa da, onun sərnişini Ağköynək kənd sakini 27 yaşlı İqbal Hüseynov belindən güllə yarası alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, İqbal Hüseynov Ermənistanla sərhəddə yerləşən Abbasbəyli kəndindəki gölün yaxınlığında çimməyə gedərkən hadisə baş verib. O, kənddən qayıdarkən "QAZel" markalı avtomaşın qəflətən düşmən tərəfindən gülləbaran edilib.

Xatırladaq ki, adıçəkilən göl düşmən mövqelərinin yaxınlığında yerləşir və bu ərazidə erməni tərəfi mütəmadi olaraq atəşkəsi pozur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti