...

Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2013 09:49 (UTC +04:00)
Odrumuzun mövqeləri ermənilər tərəfindən atəşə tutulub.
Azərbaycan əraziləri Ermənistan tərəfindən atəşə tutulub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir İ.İzzət/

Ordumuzun mövqeləri ermənilər tərəfindən atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Bundan əlavə, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti