...

Asim Mollazadə: Azərbaycan beynəlxalq təşkilatlardan qanunun aliliyinə ciddi hörmət gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2015 15:02 (UTC +04:00)
Azərbaycan beynəlxalq təşkilatlardan qanunun aliliyinə və beynəlxalq hüquqa ciddi hörmət gözləyir.
Asim Mollazadə: Azərbaycan beynəlxalq təşkilatlardan qanunun aliliyinə ciddi hörmət gözləyir

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan beynəlxalq təşkilatlardan qanunun aliliyinə və beynəlxalq hüquqa ciddi hörmət gözləyir. Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) münaqişələr üzrə alt komitənin yaradılmasını şərh edərkən deyib.

Yeni alt komitənin gələcək fəaliyyətindən Azərbaycanın gözləntilərindən danışan millət vəkili qeyd edib ki, belə təşkilatlarda qəbul edilən qərarlar onların, eləcə də, BMT və ATƏT-in nizamnamələrinə müvafiq olmalıdır.

Onun sözlərinə əsasən, hazırda Azərbaycana sülh lazımdır: "Biz istəyirik ki, bu sülh BMT Təhlükəsizlik Şurasının və AŞPA-nın qətnamələrinə uyğun olaraq beynəlxalq hüquq çərçivəsində bərpa edilsin".

A.Mollazadə əlavə edib ki, alt komitəyə AŞPA-nın yüksək səviyyəli nümayəndəsinin başçılıq edəcəyi gözlənilir.

Qeyd edək ki, Avropa Şurası məkanında münaqişələr üzrə alt komitənin yaradılması barədə qərar aprelin 20-də Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti