...

Cəbhəboyu rayonlarda 3 ədəd PHS tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyun 2016 20:00 (UTC +04:00)
Azərbaycanın cəbhəboyu rayonlarında 3 ədəd partlamamış hərbi sursat aşkar olunub.
Cəbhəboyu rayonlarda 3 ədəd PHS tapılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın cəbhəboyu rayonlarında 3 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsi və 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 2 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik OF-412 top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Əfətli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Horadiz şəhəri - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş sursatın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək.

(DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

15 İyun tarixində 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 17 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 100 mm-lik OF-412 top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 23 260 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 15 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 605 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 531 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti