...

ATƏT-in Minsk qrupu həmsədrlərinin mart görüşünün tarixi müəyyən edilməyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2006 12:36 (UTC +04:00)

ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə növbəti məsləhətləşmələrinin tarixi hələ müəyyənləşdirilməyib. Bu barədə Trend ə Rusiya xarici işlər nazirliyinin Dağlıq Qarabağ üzrə Qrupundan məlumat verilib.

Minsk Qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri fevralın 10-11-də Azərbaycan və Ermənistan prezidentlərinin Paris danışıqlarının yekunları üzrə bəyanatla çıxış edib. Bəyanatda qeyd olunur ki, martın əvvəlində Vaşinqtonda aparılacaq məsləhətləşmələr zamanı Azərbaycan və Ermənistanın XİN başçsıları ilə Dağlıq Qarabağ problemi ilə bağlı gələcək müzakirələrin müxtəlif aspektləri nəzərdən keçiriləcək.

Vasitəçilər Yuri Merzlyakov (Rusiya), Stiven Mənn (ABŞ) və Bernar Fasyenin (Fransa) görüşü martın ikinci həftəsinə təyin olunub. Görüşün dəqiq tarixi yaxın vaxtlarda müəyyənləşdiriləcək.

Bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, MQ həmsədrləri prosesin hansı mərhələdə olmasına dair fikir mübadiləsi aparmaq niyyətindədir. Həmsədrlər daha sonra tərəflərə müraciət edəcək. "Daha doğrusu onlar xarici işlər nazirləri səviyyəsində görüş keçirməyi təklif edə və ya regiona səfər edə bilər", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti