...

Qənirə Paşayeva: Azərbaycanın işğal olunmuş ərazilərinin qanunsuz məskunlaşdırılması faktlarını Rassel Consonun diqqətinə çatdırılacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2006 17:58 (UTC +04:00)

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılması və Azərbaycan mədəniyyət və tarixi abidələrinin qəsdən yandırılması faktlarını AŞPA-nın Dağlıq Qarabağ üzrə altkomitəsinin rəhbəri Rassel Consonun diqqətinə çatdıracaq. Bu barədə Trend ə parlament nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bildirib.

"Bu məsələ aktualdır və alt komitənin rəhbərinə müvafiq məlumat təqdim olunacaq" - deyə Q.Paşayeva vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, iclasın keçirilməsb tarixində heç bir dəyişiklik edilməyib. "Planlaşdırıldığı kimi iclas iyunun 29-da keçiriləcək" - deyə Q. Paşayeva əlavə edib.

Xəbər lenti

Xəbər lenti