...

Rusiyalı həmsədr Sank-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında şaiyələri rədd edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 İyul 2006 20:19 (UTC +04:00)

ATƏT Minsk Qrupunun Rusiyalı həmsədri Yuriy Merzlyakov Sankt-Peterburqda "böyük səkkizliy"in zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşü haqqında məlumatı rədd edib. "Mən bu haqda heç nə bilmirəm" - deyə vasitəçi Trend ə eksklüziv olaraq bildirib.

Bununla yanaşı, Y.Merzlyakov "böyük səkkizliy"in zirvə görüşündə toxunula biləcək məsələlərdən biri üzrə ekspert qismində iştirak edəcəyini təsdiqləyib. O xatırladıb ki, G8 Xarici İşlər Nazirləri Şurasının bu yaxınlarda keçirilmiş iclasında dondurulmuş münaqişələrin nizamlanmasının müzakirəsi mümkünlüyü bəyan edilib.

Lakin vasitəçi Sankt-Peterburqda Dağlıq Qarabağ məsələsinin müzakirəsinin mümkünlüyünü şərh etməyib. Onun sözlərinə görə, istənilən məsələ zirvə görüşünün gündəliyinə daxil edilməzdən əvvəl müxtəlif səviyyələrdə razılaşdırılma mərhələlərindən keçməlidir.

Xəbər lenti

Xəbər lenti