...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv pozduğuna görə tədris binalarına xeyli ziyan dəyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Dekabr 2006 15:05 (UTC +04:00)

Ağdam rayonunun Əhmədağalı kəndində 1986-cı ildən fəaliyyət göstərən Əhmədağalı kənd musiqi məktəbi qoşunların təmas xəttinə yaxın ərazidə yerləşdiyi üçün Ermənistan Silahlı Qüvvələri musiqi məktəbinə xeyli ziyan vurub. Qızıl fondumuzun yaraşığı "Qarabağ bülbülləri"nin üzvlərindən olan məktəbin direktoru İlhamiz Paşayev Trend in bölgə müxbirinə bildirdi ki, erməni hərbiçiləri kəndi, o cümlədən məktəbi tez-tez atəşə tutduğuna görə, atıcı silahlardan açılan mərmi musiqi məktəbinin dam örtüyünü və pəncərə şüşələrini parça-parça edib. Bundan isə müəllimlər və şagirdlər çox narahatdır. Çunki yağan yağış məktəbin sinif otaqlarına tökülür. Bu isə şagirdlərin dərs keçməsində problemlər yaradır. "Odur ki, əlagədar orqanlar məktəbin dam örtüyünün yenidən bərpasında bizə köməklik etsə, daha yaxşı olar".

Nəzərə alaq ki, Ermənistan Silahlı Qüvvələri son günlər atəşkəsi əsasən Ağdam rayonu ərazisində pozur və qarşıdan gələn yağışlı-qarlı hava problemin daha da çətinləşəcəyinə gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti