...

Polşa GUAM ərazisində operativ azad ticarət zonasının yaradılmasına kömək etməyə hazırdır

Siyasət Materials 29 Sentyabr 2007 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Polşa GUAM-da genişmiqyaslı, operativ azad ticarət zonasının yaradılmasında yardım göstərməyə hazırdır. Bu barədə Polşanın XİN rəhbəri Anna Fotiqa Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla GUAM-Polşa formatında keçirilən görüş zamanı bildirib.

GUAM-Polşa əməkdaşlığı və onun perspektivləri bir gün əvvəl Nyu-Yorkda müzakirə olunub, bu barədə GUAM-ın katibliyindən məlumat veriblər. GUAM-a üzv olan dövlətlər GUAM regionunda Avropa prinsiplərinə, standart və kriteriyalarına əsaslanan inteqrasiya və təhlükəsizlik məkanının yaradılması məqsədilə, potensiallarını səfərbər etməyə hazır olduqlarını bildiriblər, məlumatda belə deyilir.

Tərəflər, GUAM-Polşa əməkdaşlığının perspektivələrini müəyyənləşdirmək məqsədilə, bu ilin noyabrında Varşavada konrfrans keçirmək və GUAM-Polşa görüşünü təşkil etməyi planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti