...

Azərbaycanla Pakistan arasında məhkumların verilməsinə dair dövlətlərarası müqavilə imzalanacaq

Siyasət Materials 22 Oktyabr 2007 11:16 (UTC +04:00)

Azərbaycan, Bakı /Trend, müxbir, K.Zərbaliyeva / Azərbaycanla Pakistan arasında məhkumların verilməsinə dair dövlətlərarası müqavilə imzalanacaq. Ədliyyə nazirliyinin Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Zavər Qafarov bazar ertəsi "Trendə" bildirib ki, müqavilənin razılaşdırması prosessi gedir, lakin həmin sənədin imzalanma tarixi hələlik bəlli deyil. İdarə rəisi bildirib ki, həm Pakistanda cəza çəkən azərbaycan vətəndaşları, həm də Azərbaycanda cəza çəkən Pakistan vətəndaşları var, onların cəza çəkmək üçün öx ölkələrnə verilməsi ilə bağlı müqavilə olmadığınan prosess beynəlxalq konvensiyalar əsasında həyata keçirilirdi.

Zavər Qafarov yaxın gələcəkdə Azərbaycanla Əlcəzair arasında hüquqi yardımın bütün sahələrini əhaə edən dövlətlər arası müqavilənin imzalanacağını bilidirib. Həmçinin qeyd edib ki, hər iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq barədə sənəd imzalanacaq. Qeyd olunan sənədlərin gələn il imzalanacağı nəzərdə tutulub

Xəbər lenti

Xəbər lenti