...

2008-ci ildə ATƏT-in prioritetləri yenidən Azərbaycan, Gürcüstan və Moldovadakı uzadılmış münaqişələrin həlli olacaq – Finlandiyanın XİN başçısı

Siyasət Materials 14 Fevral 2008 14:03 (UTC +04:00)
2008-ci ildə ATƏT-in prioritetləri yenidən Azərbaycan, Gürcüstan və Moldovadakı uzadılmış münaqişələrin həlli olacaq – Finlandiyanın XİN başçısı

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir K.Ramazanova/ 2008-ci ildə ATƏT-in prioritetləri yenidən Azərbaycan, Gürcüstan və Moldovadakı uzadılmış münaqişələrin həlli olacaq. Bu barədə Vaşinqtonda ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın XİN başçısı İlkka Kanerva ABŞ-ın Helsinki Komissiyasında çıxışı zamanı bildirib.

Sovet İttifaqı dağılan vaxtdan MDB ərzisində üç "dondurulmuş münaqişə" - Dağlıq Qarabağ, Dnestryanı, gürcü-abxaz və gürcü-osetin münaqişələri mövcuddur.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Kanerva əlavə edib ki, fevralın sonunda o, Cənubi Qafqaza səfər edəcək və səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərləri ilə bu regiondakı münaqişələrin həlli yollarını müzakirə edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: kamala

Xəbər lenti

Xəbər lenti