...

GUAM "dondurulmuş münaqişələr" məsələsində Fransanın dəstəyini almaq istəyir

Siyasət Materials 20 Fevral 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend S.Ağayeva/ GUAM "dondurulmuş münaqişələr" məsələsində Fransanın dəstəyini almaq istəyir.

GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) "GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" qətnamə layihəsini BMT-yə təqdim ediblər. Dördlük dünya millətlərini SSSR-i dövründən ərazilərində (Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Tsxinvali və Moldovada Pridnestrova) etnik qrupların separatçı əhval-ruhiyyəsinin qaldığı dövlətlərin ərazi bütövlüyünü təsdiq etməyə çağırır. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna qətnamə layihəsində dövlətləri və beynəlxalq təşkilatları GUAM məkanında mövcud olan münaqişəlirin nizamlanması məsələsinə yardım göstərməyə çağıraraq, uzadılmış münaqişələrin regionda sülh və stabilliyə təhlükə yaratmaqda davam etdiyini bildirir.

Kiyevdəki təşkilat Katibliyindən çərşənbə günü Trend a verilən məlumata görə, "Demokratiya və inkişaf naminə təşkilat -GUAM"ın baş katibi Valeri Çeçelaşvili Fransa XİN-nin siyasi məsələlər üzrə Baş İdarəsi rəhbərinin müavini Veronik Byujon-Bare ilə görüşdə BMT Baş Assmbleyasının 62-ci sessiyasında "GUAM məkanında uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri" qətnamə layihəsinin təqdimatı zamanı Fransanın dəstəyini istəyib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqının dövlət başçılarının Sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti