...

Bakıda Azərbaycan-Çexiya münasibətləri perspektivlərinin müzakirəsi gözlənilir – səfir

Siyasət Materials 26 May 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may/ Trend , müxbir S.Ağayeva/ İyulda Bakıda Azərbaycan-Çexiya danışıqlarının keçirilməsi nəzərdə tutulub. Danışıqlar Çexiya xarici işlər naziri Karel Şvartsenberqin (Karel Schwarzenberg) Azərbaycana rəsmi səfəri çərçivəsində keçiriləcək. Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bazar ertəsi telefonla Praqadan Trend -a məlumat verib.

Çexiya xarici işlər nazirinin səfəri çərçivəsində ikitərəfli əməkdaşlığın inkişafı, regiondakı vəziyyət, Azərbaycanın Avropa qurumlarına inteqrasiyası və bu prosesdə Çexiyanın yardımınına dair məsələlərin müzakirəsi gözlənilir.

Çoxtərəfli formatda siyasi əməkdaşlıq perspektivlərini müzakirə etmək planlaşdırılır. Səfir bildirib ki, Azərbaycan və Çexiya "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat - GUAM" və "Vışeqrad dördlüyü"nə üzv iki ölkə kimi iki qurumun əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hazırdırlar.

Vışeqrad qrupu 1991-ci ilin fevralında, Avropa və Avroatlantik strukturlara inteqrasiya zamanı ona daxil olan üç dövlətin - Macarıstan, Polşa və Çexoslovakiyanın qarşılıqlı yardımı məqsədilə yaradılıb. Çexoslovakiyanın parçalanmasından sonra Vışeqrad üçlüyü dördlüyə çevrilib.

GUAM-ın formatı 1997-ci ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd il sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti