...

Olmert getsə də, köhnə problemlər qalır

Siyasət Materials 31 İyul 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir Ü.Sadıqova, R.Abdullayev/ Tezliklə İsrailin Baş nazirinin dəyişməsi Qüdsün Fələstinlə sülh prosesinə dair əvvəlki xarici siyasi kursun davam etdirilməsini nəzərə almaqla, Fələstinlə sülh danışıqlarını əvvəlki səviyyədə saxlayacaq.

"Olmertin gedişi Fələstin-İsrail dialoqunun vəziyyətini dəyişməyəcək və hər şeyi olduğu kimi saxlayacaq", - Birzeyt Universitetinin politologiya professoru Hişam Əhməd Trend -a bildirib.

İsrailin Baş naziri Ehud Olmert iyulun 30 - da mətbuat konfransında bildirib ki, hakim "Kadim" partiyası sədrinin sentyabr seçkilərində iştirak etməyəcək və hökumət rəhbəri vəzifəsini qalibə verəcəyini vəd edib. Bununla o, istefasını bəyan edib.

Fələstin politoloqu Əhmədin rəyinə görə, İsraildə hakimiyyətin dəyişməsi xarici siyasətdən daha çox daxili siyasi kursu dəyişəcək.

"Sülh danışıqları İsrailin yeni Baş naziri seçildikdən sonra da əvvəlki səviyyədə qalacaq", - Əhməd cümə axşamı telefonla Qüdsdən Trend -a bildirib.

O qeyd edib ki, hər dəfə tərəflər sülhün bağlanılmasına yaxınlaşarkən İsrail hökumətinin daxilində dəyişikliklər baş verir ki, bu da prosesi yubadır.

Adının açıqlanmasını istəməyən etibarlı israilli mənbə bu gün Trend -a bildirib ki, hətta Olmert getdikdən sonra İsrail hökuməti Fələstin Muxtariyyətinin (FM) rəhbəri Mahmud Abbasla sülh bağlanılması barədə danışıqları davam etdirəcək. O qeyd edib ki, İsrail üçün əsas vəzifələr sülhə nail olmaq, terrorun dayandırılması, təhlükəsizliyin möhkəmləndirilməsi və qonşularla yeni münasibətlərin qurulmasıdır. Corc Buş başda olmaqla, ABŞ -ın dəstəyi bu vəzifələrinə çatmaqda İsrailə əhəmiyyətli dərəcədə kömək edir.

Əhmədin rəyinə görə, hətta sülhə nail olunarsa belə, çox şeydə o, ABŞ və Böyük Britaniyanın İsrailə təsirindən asılı olacaq. Ekspert qeyd edib ki, Fələstin hökuməti İsraili dövlət kimi tanıyır və hər bir şəkildə barışığa can atır. Lakin İsrailin fələstinlilərin hüquqlarına hörmət etməməsi sülh prosesini çətinləşdirir.

İsrailin hakim "Kadim" partiyası yeni Baş nazirlə hakimiyyətdə qalsa belə, Qüds FM ilə danışıqlarda əvvəlki mövqelərdən çıxış edəcək. Məşhur Ərəb -Britaniya Anlaşma Mərkəzinin direktoru Kris Doylun (Chirs Doyle) sözlərinə görə, hökumət əvvəlki xarici siyasət kursunu saxlayarsa, Ehud Olmertin varisi mühüm rol oynayacaq.

"Mümkündür ki, doqquz ay əvvəl Annapollisdə başlayan "görünən" sülh prosesi eyni axarda davam etsin, lakin əsaslı dəyişikliklər olmayacaq", - Doyl cümə axşamı elektron poçtla Trend -a bildirib.

2007- ci ilin noyabrında Amerikanın Annapollis şəhərində İsrail və Fələstin arasında danışıqlar yenidən bərpa olunub. Bu konfransın əsas məqsədi Fələstin-İsrail münaqişəsinin həlli yolları olub. Hər iki tərəf 2008 - ci ilin sonuna sülh bağlamaq niyyətində olduqlarını bildiriblər.

"Hər iki tərəfin hökumətləri dəyişə və ya istefaya getsələr belə, sülh məsələsi beynəlxalq müzakirə səviyyəsində qalır", - Doyl söyləyib.

İsrailli mənbənin bildirdiyinə görə, Ehud Olmertin fələstinlilər və ya digər ərəb ölkələri ilə əldə edəcəyi istənilən müqavilə onun şəxsi müqaviləsi olmayacaq.

O əmin olmaq istəyir ki, "Kadim"in yeni rəhbərliyi sazişin kiçik nüansları kursundadır və əvvəlki siyasəti davam etdirə biləcək, - mənbə əlavə edib.

"İsrail köhnə prinsiplərindən geri çəkilməyənədək, Fələstinlə sülhün bağlanacağını gözləməyə dəyməz", - ərəb ekspert Əhməd bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti