...

Azərbaycan paytaxtında finlandiyalı mühəndis polis tərəfindən saxlanılıb

Siyasət Materials 17 Sentyabr 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan paytaxtında "Vartsila" şrkətinin əcnəbi mühəndisi polislər tərəfindən saxlanılıb.

Səbail rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsindən çərşənbə günü Trend -a verilən məlumata görə, sentyabrın 15-də saat 23:00 radələrində "Vartsila" şrkətində mühəndis işləyən, 30 yaşlı Finlandiya vətəndaşı Sarinen Yanne Yubane rayon ərazisində yerləşən Tarix müzeyinin qarşısında sərxoş vəziyyətdə ictimai qaydanı pozduğu üçün polislər tərəfindən qeyd olunan bölməyə aparılıb.

Polis bölməsindən bildiriblər ki, bölmədə o, izahat alındıqdan və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Faktla bağlı Səbail RPİ-nin 9-cu polis bölməsində təhqiqat aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti