...

Türkiyə Rusiyadan tank əleyhinə raket alacaq

Siyasət Materials 19 Sentyabr 2008 11:30 (UTC +04:00)

Rusiya və Türkiyə arasında tank əleyhinə raketlərin satışı haqqında müqavilə imzalanıb. Bu haqda Türkiyənin "Axşam" qəzeti məlumat verib. İki ölkə arasında imzalanmış silah satışı haqqında müqaviləyə əsasən, Rusiyanın "Rosoboroneksport" şirkəti Türkiyənin quru qoşunlarına 800 ədəd tank əleyhinə raket satacaq. Müqavilənin ümumi dəyəri 100 milyon dollar təşkil edir.

Bundan bir müddət əvvəl isə Rusiya və Türkiyə müqavilənin imzalanması ilə bağlı razılığa gələ bilmirdilər. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktubundan sonra müqavilənin imzalanması istiqamətində olan maneələr dəf edilib. Türkiyə bu müqavilənin imzalanmasından sonra Rusiyadan hava hücumundan müdafiə (HHM) qurğuları almaq niyyətində olduğunu da bəyan edib.

Xəbər lenti

Xəbər lenti