...

Azərbaycanın cənub bölgəsində narkotiklərlə bağlı 51 cinayət qeydə alınıb

Siyasət Materials 4 Oktyabr 2008 14:14 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 04 oktyabr / Trend , müxbir P. Əliyeva / Azərbaycanın cənub bölgəsində (Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik) doqquz ay müddətində norkotiklərlə bağlı 51 cinayət hadisəsi qeydə alınıb, 29 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsindən şənbə günü Trend -a verilən məlumata görə, bu ilin 9 ay ərzində127 kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.

Həmin narkotik maddələrin 100 kiloqramı həşiş, 18 kiloqramdan çoxu tiryək və 8 kiloqramdan çoxu heroin olub.

Qeyd olunan cinayətlərlə bağlı 29 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 2-si qadın, 4-ü isə İran İslam Respublikasının vətəndaşıdır.

Məlumatda bildirilir ki, ötən ilin analoji dövründə cənub bölgəsində narkotiklərlə bağlı 50 cinayət hadisəsi qeydə alınıb, 55 kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. Bu faktlarla bağlı 32 nəfər cinayət məsuliyyətinə olunub. Onlardan 2-si qadın, 6-sı isə İran İsalam Respublikasının vətəndaşıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti