Bu gün Türkiyədə Atatürkün vəfatı günü qeyd olunur. Bu barədə Türkiyənin "Haber7" informasiya agentliyi məlumat verib.
Türkiyənin dövlət və hökumət nümayəndələri bu münasibətlə Atatürkün mavzoleyini ziyarət ediblər. Türkiyə prezidenti Abdulla Gül də Atatürkün mavzoleyinə gül çələngi qoyub. Ölkə parlamentində də Atatürkü anma tədbiri keçirilib.