...

Əfqanıstanın Qəzni əyalətində kamikadzelərin özlərini partlatması nəticəsində üç dinc sakin həlak olub

Siyasət Materials 22 Dekabr 2008 13:09 (UTC +04:00)

Əfqanıstan, Kabil, 22 dekabr/ Trend , müxbir A.Həkimi/ Bazar ertəsi səhər Əfqanıstanın Qəzni əyalətində partlayış baş verib. Rəsmi məlumatlara görə, partlayış nəticəsində üç nəfər dinc sakin ölüb.

Əyalət qubernatorunun nümayəndəsi İsmayıl Cahangir bildirib ki, iki kamikadze öz istəyinə nail ola bilməyib.

"Onlar [kamikadzelər] miniven tipli avtomobildə Qəzni qubernatorunun iqamətgahını və ya onun ofisini partlatmağı planlaşdırıblar. Lakin onlar iqamətgahadək gedə bilməyiblər və özlərini yolda partladıblar", - deyə Cahangir bildirib.

Yerli KİV-in məlumatına görə, doqquz nəfər yaralanıb, dördü həlak olub, lakin rəsmi şəxslər bu informasiyanı təsdiq etməyiblər.

Partlayışa görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti