...

İsrailin hücumları  üzündən UNRWA -nın işi dayandırılıb

Siyasət Materials 15 Yanvar 2009 16:05 (UTC +04:00)
İsrailin hücumları  üzündən UNRWA -nın işi dayandırılıb

Azərbaycan, Bakı, 15 yanvar/ Trend , müxbir Ü. Sadıqova/

Qəzzə Zolağında BMT-nin qaçqınlara yardım Agentliyinin işi cümə axşamı gündüz İsrail ordusunun hava və qurudan hücumları nəticəsində dayandırılıb.

"İsrailin hücumları nəticəsində UNRWA -nın binasına zərər dəyib, hücumların başlamasından sonra əməkdaşlarla bütün əlaqələr kəsilib", - deyə Trend -a UNRWA-nın Rəmallahdakı mətbuat ofisindən telefonla bildirilib.

Mətbuat xidmətinin məlumatına görə,  agentliyin Qəzzədəki heç bir nümayəndəsi ilə əlaqə saxlamaq mümkün deyil.

BBC saytının məlumatına görə, BMT-nin binası alova bürünüb, bir neçə əməkdaş yaralanıb.

İsrail səhərdən Qəzzə şəhərinin içərilərinə doğru irəliləməkdə davam edir, minlərlə yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

BBC-nin Fələstinin tibb mənbələrinə istinadən verdiyi xəbərə görə, Qəzzə Zolağında ölənlərin sayı, 322 nəfər uşaq və 76 qadın daxil olmaqla, 1017 nəfərə çatıb. Mənbənin məlumatına görə, yaralıların sayı 4560 nəfər təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti