...

İsrail hökumətinin siyasətinə etiraz olaraq azərbaycanlı deputat Azərbaycan-İsrail Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupun üzvlüyündən imtina edib

Siyasət Materials 3 Fevral 2009 11:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir B.Həsənov/ İsrail hökumətinin fələstinlilərə qarşı yeritdiyi siyasətə etiraz əlaməti olaraq Azərbaycan parlamentinin deputatı Lalə Abbasova Azərbaycan-İsrail Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupun üzvlüyündən imtina edib.

"Bu addım İsrail hökumətinin apardığı siyasətə qarşı mənim etirazımdır. Yəhudi xalqına hörmətim var, lakin İsrail hökumətinin dinc əhalini məhv etməsini heç cür qəbul edə bilmərəm. Heç kimin ixtiyarı yoxdur ki, körpə uşaqların yaşamaq haqqını əlindən alsın", - çərşənbə axşamı Trend -a Abbasovanın özü məlumat verib.

Dekabrın 27-dən etibarən İsrail hərbi qoşunlarının Qəzzədə HƏMAS-a qarşı keçirdiyi hərbi əməliyyatlarda təxminən 1300 fələstinli öldürülüb və 5500 nəfərin yaralandığı bildirilir - BBC fələstinli həkimlərə istinadən xəbər verib. İsrail hərbçiləri 13 İsrail əsgərinin öldürüldüyünü bəyan edirlər.

Abbasova deyib ki, İşçi qrupun üzvlüyündən istefa ərizəsini parlament rəhbərliyinə bu gün yazılı surətdə təqdim edəcək.

Azərbaycan-İsrail Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupun rəhbəri yəhudi əsilli deputat Yevda Abramovdur. Abbasovadan başqa komissiyada Bəxtiyar Əliyev, Vaqif Səmədoğlu, Səfər Məmmədov, Tahir Süleymanov da təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti