...

Heydər Əliyev Fondunun prezidenti "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil etmiş ifaçılarla görüşüb

Siyasət Materials 20 May 2009 17:37 (UTC +04:00)

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, ölkənin birinci xanımı Mehriban Əliyeva çərşənbə günü "Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş ilə görüşüb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mehriban Əliyeva "Eurovision-2009" mahnı müsabiqəsində qazandıqları böyük uğur münasibətilə onları ürəkdən təbrik edib.

Aysellə Araşın qazandıqları uğuru xüsusi vurğulayan Mehriban xanım Əliyeva bildirib ki, "Eurovision" Avropada musiqi sahəsində ən böyük müsabiqədir.

Azərbaycanda bu musiqi yarışmasının həyəcanla izlənildiyini deyən Heydər Əliyev Fondunun prezidenti bildirib ki, Aysel və Araş qitə miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil ediblər və artıq Azərbaycan bu sahədə də nailiyyət əldə edib. 

Mehriban Əliyeva Aysel və Araşı qarşıda yeni-yeni uğurların gözlədiyini bildirib.

Aysel Teymurzadə və Araş yüksək diqqət, qayğı və dəstəyə görə Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Müğənni Araş yeni diskini Mehriban Əliyevaya təqdim edib.

Aysel Teymurzadə və Araş "Eurovision-2009" mahnı müsabiqəsində üçüncü yeri qazanıblar.

Xəbər lenti

Xəbər lenti