...

Azərbaycanda vətəndaşlarla kobud rəftar etdiklərinə görə 565 polis əməkdaşı cəzalandırılıb – nazir

Siyasət Materials 1 İyun 2009 18:00 (UTC +04:00)
Azərbaycanda vətəndaşlarla kobud rəftar etdiklərinə görə 565 polis əməkdaşı cəzalandırılıb – nazir

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda son üç il yarım ərzində vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə 565 polis əməkdaşı cəzalandırılıb, Trend -un məlumatına görə, bu barədə bazar ertəsi daxili işlər naziri Ramil Usubov ATƏT-in Bakı Ofisinin yeni təyin olunmuş rəhbəri, səfir Bilge Cankorel ilə görüşündə deyib.

Nazir bildirib ki, 1997-2007-ci illər ərzində BMT, Avropa Şurası və ATƏT tərəfindən Bakı şəhərində təşkil olunmuş ən müxtəlif mövzuları əhatə edən 50-dən çox seminarda daxili işlər orqanlarının 2000-ə yaxın əməkdaşı iştirak edib.

ATƏT-in Bakı Ofisi ilə əməkdaşlıq çərçivəsində 2006-ci ilin iyun ayından etibarən Mingəçevir şəhər Polis Şöbəsi beynəlxalq polis ekspertlərinin iştirakı ilə "Cəmiyyət dəstəkli polis" adlı layihə həyata keçirilir.

"Cəmiyyət dəstəkli polis" layihəsinin 2008-ci ildən başlayaraq Şirvan şəhərində həyata keçirilməsi, eləcə də Mingəçevir şəhərində davam etdirilməsi ATƏT-in Bakı Ofisi ilə razılaşdırılıb.

Polislə ictimaiyyət arasında əlaqələrin genişləndirilməsinə xidmət edən bu tipli layihələrin respublikanın 8 şəhər-rayon polis şöbələrində həyata keçirilməsinə başlanılıb.

Nazir kriminogen durumla bağlı səfirə məlumat verib.

Cankorel ATƏT-lə Daxili İşlər Nazirliyi arasında qarşılıqlı faydalı işbirliyinin bütün sahələrdə praktik nəticə və səmərə verdiyini, uğurlu əməkdaşlığın gündən-günə inkişaf etdiyini və daha da dərinləşdiyini, təmsil etdiyi qurumun polis fəaliyyətinin təkmilləşdirilməsində hər zaman maraqlı olduğunu, bu prosesə bundan sonra da yardımçı olacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti