Pakistanda keçirilən ictimai sorğu göstərib ki, "Taliban" hərakatının Pakistan ictimaiyyətində dəstəklənməsi çox sürətlə azalır, RBK Associated Press-ə istinadən bildirib. 2008-ci ildə pakistanlı respondentlərin 27%-i taliblərə müsbət, 33%-i mənfi münasibət bəsləyib, qalan respondentlər isə mövqelərini ifadə etməkdə şətinlik çəkblər. Bir ildən sonra keçirilən sorğu zamanı pakistanlıların yalnız 10%-nin "Taliban"ı dəstəklədiyi məlum olub. Respondentlərin 70%-i isə onlara qarşı çıxış edib.
Bununla yanaşı, pakistanlıların ABŞ-a qarşı münasibətləri də müsbət deyil: sorğu göstərib ki, ölkə vətəndaşlarının 64%-i ABŞ-ı düşmən hesab edir.