...

Azərbaycan Prezidenti Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanması mərasimində iştirak edib

Siyasət Materials 24 Sentyabr 2009 18:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanması mərasimində iştirak edib.
Azərbaycan Prezidenti  Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanması mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanması mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Ölkənin nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planına uyğun olaraq Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulmasına başlanması barədə məlumat verib.

Prezident İlham Əliyevə Mərdəkan dairəsində həyata keçiriləcək yenidənqurma işləri barədə də məlumat verilib.

Dövlət başçısı tikintidə çalışacaq inşaatçılarla görüşüb və onlara tövsiyələrini verib.

Daha sonra Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanılıb.

Prezident İlham Əliyev yolun yüksək keyfiyyətlə tikilməsi ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti