...

Ermənistan ilə münasibətləri qaydasına qoymaqla Türkiyə Avropa ilə yaxınlama şanslarını artıracaq - Avropalı analitik

Siyasət Materials 30 Sentyabr 2009 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir Y.Ostapenko/

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması Türkiyəni Avropa İttifaqının gözündə daha məsuliyyətli regional oyunçu edəcək ki, bu da ona Avropa ilə əlaqələri möhkəmləndirməyə və ola bilsin ki, İttifaqa daxilolma prosesində kömək edəcək. Londonda Avropa İslahatlar Mərkəzinin (CER) analitiki Katinka Bariş belə hesab edir.

"Türkiyənin Ermənistan ilə münasibətləri onun Avropa İttifaqına daxil olması prosesinə birbaşa təsirə malik deyil. Türkiyə məsuliyyətli oyunçu kimi nəzərdən keçirilərsə, onun Qərb ilə münasibətləri daha yüngül olacaq", - Trend -a Bariş elektron poçtla bildirib.

Oktyabrın 10-da Türkiyə və Ermənistan diplomatik münasibətlərin bərpasına dair müqavilə imzalamağı planlaşdırır. Bu barədə razılıq İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda əldə olunub. İmzalanmış protokollar təsdiqlənməsi üçün iki ölkənin parlamentlərinə təqdim ediləcək.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər 1993-cü ildən kəsilib. 1915-ci ildə "erməni soyqımı" ilə yanaşı, Ermənistan və Türkiyə arasında ziddiyətlərin əsas müddəalarından biri Ermənistanın Türkiyənin Şərqi Anadolu torpaqlarına ərazi iddiası olub.

Yerevanın məlumatına əsasən, 1915-ci il hadisələrinin qurbanları təxminən 1,5 milyon nəfər olub. Ankara isə bu rəqəmin şişirdildiyini bildirir və soyqımın olmadığını təkid edir.

Lakin əvvəlki ziddiyətlərə baxmayaraq aprel ayında iki dövlət münasibətlərin normalaşdırılması üzrə "yol xəritəsini" razılaşdırıblar.

"Avropa İttifaqı diplomatik və ticari əlaqələrin qurulması səylərini Türkiyənin regional oyunçu olması əlaməti kimi qəbul edir, onun üzvlüyü Aİ-nın Qafqaz və Qara dəniz regionunda daha fəal rol oynaması məqsədlərinə yardım edəcək", - CER-in direktor müavini Bariş bildirib.

"Artıq uzun müddətdir ki, Türkiyənin daxili və xarici siyasəti ölkənin daha geniş məsələlərə yönəlməsinə mane olan bir neçə məsələdən asılıdır", - Bariş bildirib.

Əvvəlki problemləri həll etməyə, ən azından asanlaşdırmağa səy göstərərək Türkiyə regional oyunçu olmaq və Aİ ilə yaxınlaşmaq üçün daha geniş miqyaslı məqsədlər qoymaq imkanı əldə edir.

Türkiyənin Aİ-yə daxil olması barədə danışıqlar artıq neçə ildir ki, davam edir. Hazırda bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın insan hüquqları sahəsində problemləri olan ölkənin Aİ-yə daxil olmasına qarşı olması, həmçinin Türkiyənin özünün Kipr Respublikasını Aİ üzvü kimi tanımaqdan imtina etməsi və onunla nəqliyyatı açmaqdan boyun qaçırması səbəbindən İttifaqa üzv olmaq məsələsi dalana dirənib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti