ABŞ, Vaşınqton, 12 yanvar / Trend , müxbir N.Boqdanova/
Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda sülhün bərqərar olması qeyri-mümkündür. Bu barədə, Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi və iqtisadi inkişaf mərkəzinin prezidenti vəzifəsini dünən icra etməyə başlayan ABŞ-ın sabiq konqressmeni Robert Veksler hesab edir.
"Azərbaycanın mövqeyi həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması zamanı nəzərə alınmalıdır", - Veksler Trend -a deyib.
Dekabrın 10-da Ermənistan və TürkiyəninXİN rəhbərləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.
Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın qondarma "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycanərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.
Vekslerin fikrincə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması tərəflər üçün stimullaşdırıcı prosses olmalıdır.
O hesab edir ki, Türkiyə və Azərbaycanın regionda dinamik inkişafı yüksəltəməyə dair siyasi istəyi var. "Azərbaycan və Türkiyə ABŞ-ın regionda əsas müttəfiqləri olaraq qalmaqda davam edir", - o əlavə edib.
Gələcək konqressmen, Robert Veksler 1997-ci ildə Konqressə seçilən gündən Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində işləyib. Həmin gündən bəri o, Birləşmiş Ştatlar ilə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin sıx əməkdaşlığını dəstəkləyir.
Veksler həmçinin Türkiyə Fraksiyasının həmsədri və yaradıcısıdır.