...

Azərbaycanda ABŞ səfirinin olmaması ölkələr arasındakı münasibətlərlə əlaqəli deyil – səfirlik

Siyasət Materials 16 Mart 2010 16:44 (UTC +04:00)
Azərbaycanda bir çoxları düşünür ki, səkkiz aydır Azərbaycanda ABŞ səfirinin olmaması iki dövlət arasındakı münasibətlərində olan problemin nəticəsidir, lakin bu belə deyil. ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson belə hesab edir.
Azərbaycanda ABŞ səfirinin olmaması ölkələr arasındakı münasibətlərlə əlaqəli deyil – səfirlik

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir V.Javoronkova/

Azərbaycanda bir çoxları düşünür ki, səkkiz aydır Azərbaycanda ABŞ səfirinin olmaması iki dövlət arasındakı münasibətlərində olan problemin nəticəsidir, lakin bu belə deyil. ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson belə hesab edir.

"Səfirin olmaması ABŞ-ın daxili prosesləri ilə əlaqəlidir, bunun ABŞ-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur", - Devidson çərşənbə axşamı Trend -a deyib. Onun sözlərinə görə, Ağ Evdə səfir vəzifəsinə namizədlərin müəyyən edilməsi və təsdiqlənməsi prosesi çox yavaş gedir.

ABŞ-ın Azərbaycandakı səfiri postu 2009-cu il 2 iyun tarixindən boş qalıb.

Xəbər lenti

Xəbər lenti