...

Azərbaycan deputatları MDB Parlament Assambleyasının iclasında iştirak edəcəklər

Siyasət Materials 3 Aprel 2010 14:02 (UTC +04:00)
Azərbaycan Parlamentinin nümayəndə heyəti MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.
Azərbaycan deputatları MDB Parlament Assambleyasının iclasında iştirak edəcəklər

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin nümayəndə heyəti MDB Parlament Assambleyasının növbəti iclasında iştirak etmək üçün Sankt-Peterburqa gedəcək.

"Aprelin 5-dən 9-dək MDB Parlamentlərarası Assambleya Şurasının iclası, Assambleyanın 34-cü plenar sessiyası, qurumun Siyasi məsələlər və beynəlxalq əlaqələr, Təhlükəsizlik və müdafiə məsələləri, İnsan hüquqları və sosial siyasət, Elm və təhsil daimi komissiyalarının iclasları keçiriləcək", - şənbə günü TrendMilli Məclisin mətbuat xidmətindən bildirilib.

Parlamentin komitə sədrləri Arif Rəhimzadə, Rəbiyyət Aslanova, Əli Hüseynov, deputatlardan Fəzail Ağamalı, Adil Əliyev, Məjlum Şükürovun iştirak edəcəkləri tədbirlərdə Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsi, yerli özünüidarə orqanlarının ümumi prinsipləri, "Əqli mülkiyyətin qorunması haqqında", "Elmi kəşflərlə bağlı hüquqların qorunması haqqında" model qanun layihələri və digər məsələlər müzakirə olunacaq.

Səfər müddətində Böyük Vətən Müharibəsinin 65-ci ildönümünə və MDB Parlament Assmbleyası ilə Avropa Şurası Parlament Assambleyasının birgə təşkil etdiyi "Avropanın gələcək təhlükəsizliyi" mövzusuna həsr olunan iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti