...

Azərbaycanı Qırğızıstan Prezidentinin andiçmə mərasimində səfir təmsil edəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 İyun 2010 16:29 (UTC +04:00)

RED. əlav.: üçüncü abzasdan sonra əlavə olunub

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir S.Ağayeva/

Qırğızıstanın keçid dövrünün prezidenti Roza Otunbayevanın andiçmə mərasimində Azərbaycanı bu ölkədəki səfir Arif Ağayev təmsil edəcək. Bu barədə Trend-ə çərşənbə günü səfirliyin müşaviri İlqar Cabbarov bildirib.

Andiçmə mərasimi iyulun 3-də Dövlət Filarmoniyasının binasında keçiriləcək.

Mərasimə rəsmi dəvəti Qırğızıstanın Xarici İşlər Nazirliyi göndərib.

Qırğızıstanda yeni konstitusiya layihəsinin qəbul edilməsi üzrə referendum iyunun 27-də keçirilib. Referendumda 2,7 milyon seçicinin 1,9 milyonu iştirak edib. Parlament idarəetmə formasının tətbiqini və prezident səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan yeni Konstitusiyaya 90,84 faiz seçici səs verib. Seçicilər Roza Otunbayevanı "keçid dövrü"nün prezidenti qismində təsdiq ediblər.

Mərasimə az vaxtın qalması ilə əlaqədar olaraq Qırğızıstan hökuməti ölkədə akkreditə olunan səfirlərlə kifayətlənmək barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti